Close Menu

    Xəbər bülleteni

    Xəbər bülletenimizə abunə olun və yeniliklərdən ilk siz xəbərdar olun!

    What's Hot

    Sorbifer Durules nədir?

    07 Haziran 2025

    Fondomix nədir, nə üçün istifadə olunur

    06 Haziran 2025

    Tretinoin krem nədir?

    05 Haziran 2025
    saglamlıq.comsaglamlıq.com
    • Saglamlıq
    • Dərmanlar
    • Bürclər
    • Psixologiya
    • Qidalanma
    • Xəstəliklər
    abunə olun
    saglamlıq.comsaglamlıq.com
    Ana Səhifə » Şəkərli Diabet və Tipləri
    Xəstəliklər

    Şəkərli Diabet və Tipləri

    23 Aralık 2024Yorum yapılmamış2 Mins Read3 Views
    Share Facebook Twitter Pinterest LinkedIn Tumblr Reddit Telegram Email
    Şəkərli Diabet və Tipləri
    Share
    Facebook Twitter LinkedIn Pinterest WhatsApp Email Copy Link

    Şəkərli diabet nədir?
    Şəkərli diabet insulin ifrazının, insulin təsirinin və ya hər ikisinin pozulması nəticəsində yaranan, qan şəkərinin yüksəlməsi (hiperqlisemiya) ilə xarakterizə olunan xroniki metabolik xəstəlikdir.

    Şəkərli diabetin əlamətləri hansılardır?

    • Güclü susuzluq;
    • Tez-tez və bol sidiyə getmə;
    • Çəki itkisi;
    • Sidik yollarında infeksiyalar;
    • Bulanıq görmə;
    • Qaşınma və dəridə quruluq;
    • Yorğunluq və zəiflik hissi;
    • Ayaqlarda keyimə və qarışqa gəzmə hissi.

    Kimlər şəkərli diabet üçün risk altındadır?

    • Ailəsində şəkər xəstəliyi olan şəxslər, xüsusilə birinci dərəcəli qohumlar;
    • Ürək-damar xəstəlikləri olan şəxslər;
    • 4 kq və ya daha ağır körpə dünyaya gətirən qadınlar;
    • Hamiləlik zamanı gestasional diabet keçirmiş qadınlar;
    • Yumurtalıqların polikistozu sindromu olan qadınlar;
    • 45 yaşdan yuxarı insanlar.
    Şəkərli Diabet və Tipləri

    Şəkərli diabetin əsas tipləri hansılardır?

    1. Tip 1 diabet (insulindən asılı olan diabet):
      Adətən 5-20 yaş arasında rast gəlinir. Mədəaltı vəzin insulin istehsal edən hüceyrələri zədələndiyi üçün orqanizm ya heç insulin ifraz etmir, ya da çox az miqdarda istehsal edir. Bu halda qandakı şəkər sərf olunmur və səviyyəsi artır. Tip 1 diabetin əlamətləri qəfil başlayır. Xəstələr mütləq insulin müalicəsinə ehtiyac duyurlar.
    2. Tip 2 diabet (insulindən asılı olmayan diabet):
      Əsasən 35 yaşdan yuxarı, artıq çəkili və az hərəkət edən insanlarda rast gəlinir. Bu tipdə başlanğıcda orqanizm insulin ifraz edir, lakin hüceyrələr insulini düzgün istifadə edə bilmir. Müalicənin ilk mərhələsində aktiv həyat tərzi, pəhriz və antidiabetik dərmanlar tətbiq edilir. Zamanla mədəaltı vəzin funksiyası zəiflədiyi üçün insulin terapiyası tələb oluna bilər.
    3. Gestasional diabet (hamiləlik diabeti):
      Hamiləlik zamanı hormonal dəyişikliklərə bağlı olaraq yaranan diabetdir. Bu xəstəlik adətən hamiləliyin ikinci yarısında başlayır və doğuşdan sonra qan şəkəri normallaşa bilər. Hamiləlik zamanı antidiabetik dərmanlardan istifadə edilməz, lazım gəldikdə insulin tətbiq olunur. Hamiləlik diabeti keçirən qadınların 40-60%-ində sonradan Tip 2 diabet inkişaf edə bilər.

    Müalicə və diaqnoz:
    Diaqnoz üçün qan analizləri aparılır. Hamilə qadınlar üçün isə 24-28 həftələrdə oral glükoza toleranlıq testi tövsiyə edilir. Risk qrupunda olan hamilələrdə bu test daha erkən edilməlidir.

    diabet şəkər xəstəliyi
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr WhatsApp Email Copy Link
    Leave A Reply Cancel Reply

    Top Posts

    Lansil 30 mg – Lansoprazol İstifadəsi, Faydaları və Təsirləri

    03 Ocak 20251.097 Views

    Menovazin İstifadəsi, Faydaları və Əks Təsirləri

    15 Şubat 2025691 Views

    FEDOMAX Damcı: D Vitamini Eksikliyi və Sağlamlıq Faydalıları

    20 Aralık 2024312 Views
    Latest Reviews

    Xəbər bülleteni

    Xəbər bülletenimizə abunə olun və yeniliklərdən ilk siz xəbərdar olun!

    Most Popular

    Lansil 30 mg – Lansoprazol İstifadəsi, Faydaları və Təsirləri

    03 Ocak 20251.097 Views

    Menovazin İstifadəsi, Faydaları və Əks Təsirləri

    15 Şubat 2025691 Views

    FEDOMAX Damcı: D Vitamini Eksikliyi və Sağlamlıq Faydalıları

    20 Aralık 2024312 Views
    Our Picks

    Sorbifer Durules nədir?

    07 Haziran 2025

    Fondomix nədir, nə üçün istifadə olunur

    06 Haziran 2025

    Tretinoin krem nədir?

    05 Haziran 2025

    Xəbər bülleteni

    Xəbər bülletenimizə abunə olun və yeniliklərdən ilk siz xəbərdar olun!

    Type above and press Enter to search. Press Esc to cancel.

    Ad Blocker Enabled!
    Ad Blocker Enabled!
    Our website is made possible by displaying online advertisements to our visitors. Please support us by disabling your Ad Blocker.